Qısa tarixçəmiz

"ABB Lizinq" QSC yeni inkişaf strategiyası ilə yaxın gələcəyin innovativ və qabaqcıl lizinq şirkətinə cevriləcək.

"Beynəlxalq Lizinq" QSC-nin tarixi 1999-cu ildə onun sələfi olmuş "Azərlizinq" şirkətinin yaranmasından başlayır. 2002-ci ildə Azərbaycan Beynəlxalq Bankı onun yeganə təsisçisi olur. 2007-ci ildə "Azərlizinq" öz hüquqi formasını dəyişərək Qapalı səhmdar cəmiyyətinə çevrilir və "Beynəlxalq Lizinq" QSC adlanmağa başlayır. 

Öz fəaliyyəti dövründə bir çox yeniliklərə imza atmış "Beynəlxalq Lizinq" QSC 2008 və 2013-cü illərdə ilin ən yaxşı Lizinq şirkəti seçilmişdir. Hazırki dövrdə "Beynəlxalq Lizinq" QSC təqdim etdiyi geniş çeşidli lizinq məhsulları ilə lizinq sektorunda daha sürətli inkişaf mərhələsinə qədəm qoymuş və bu hədəflərə mərhələli şəkildə nail olmaqdadır.

Image

STRATEJİ BAXIŞIMIZ

Müştərilərimizə üstün keyfiyyətli xidmət göstərməklə və səhmdarlarımıza ən yüksək mənfəət qazandırmaqla gələcəkdə Cənubi Qafqazda aparıcı universal maliyyə qrupunun lizinq həlqəsinə çevrilmək.

MİSSİYAMIZ

Lizinq sahəsində Azərbaycana ən qabaqcıl təcrübə və yenilikləri tətbiq edərək, maliyyə xidmətlərini hər kəs üçün əlçatan və əlverişli etmək və ölkə iqtisadiyyatının inkişafına töhfə vermək.

DƏYƏRİMİZ

Xidmətimizdə mükəmməllik, qətiyyətli dürüstlük və müştəriyönümlü yanaşma tətbiq etməklə, ölçülmüş səmərəlilik çərçivəsində sahibkarlıq ruhunu stimullaşdırmaq və cəmiyyətimizin gələcəyinə töhfə vermək.

Fəaliyyətimiz rəqəmlərdə

1
Məmnun müştərilərimiz
1
Xidmət sahələrimiz
1 mln. AZN
Maliyyələşdirmə
1
Layihə

Gələcəyə baxışımız

Azərbaycan iqtisadiyyatının ilbəil inkişafı maliyyə sektorunun da bu inkişaf tendensiyaları ilə ayaqlaşmasını tələb edir. Ölkədə qeyri-neft sektorunun inkişafının dəstəklənməsini, yeni biznes strukturlarının yaranması həmçinin lizinq sferasının üzərinə mühüm vəzifələr qoyur. Sahibkarlıq subyektlərinin lizinq xidmətinə əlçatanlığı onların fondlarla səmərəli təminatına təsir edir, şirkətlərin öz resurslarından səmərəli təminatına təsir edir, şirkətlərin öz resurslarından effektiv istifadə etməsinə imkan yaradır. 

Bu baxımdan Azərbaycan lizinq bazarının təcrübəli iştirakçılarından biri olan "Beynəlxalq Lizinq" QSC öz üzərində böyük məsuliyyət hiss edir. Şirkət ölkə iqtisadiyyatının ən müxtəlif sahələrini təmsil edən sahibkarlar üçün lizinq xidmətinin əlçatanlığının artırılmasına, müştərilərin məmnunluğunun təmin olunmasına can atır. 

Haqqımızda

Rəylər

Tərəfdaşlarımızın və Müştərilərimizin fikirləri